FAQ

Məhsullarımı necə sayta yerləşdirə bilərəm?

Bunun üçün ilkin olaraq qeydiyyatdan keçməlisiniz. Ardınca e-mail ünvanınıza təsdiqləmə linki gələcək, hesabınızı təsdiqlədikdən sonra artıq məhsullarınızı yerləşdirə biləcəksiniz.

 

Yerləşdirdiyim məhsulu hansı üsulla satmaq mümkündür?

Siz məhsulu yerləşdirəndə əlaqə nömrənizi qeyd etmiş olursunuz. Müştəri sizin telefon nömrənizlə əlaqə saxlayıb, sizin satdığınız məhsulun sifarişini verir. Həmçinin sayt üzərindən sizə mesaj da yaza bilir. Bundan başqa isə onlayn satış metodu da mövcuddur

 

Onlayn satış etmək üçün nələr lazımdır?

Onlayn satış saytda müəyyən olunmuş bəzi bölmələr (quru meyvə çərəz və s.) üçün mövcuddur. Siz məhsul yerləşdirən zaman həmin bölməni seçəndə bu barədə bildiriş gəlir, nəticədə siz Şəxsi kabinetə daxil olub, "Ayarlar" bölməsindən satış metodunu daxil edirsiniz.

 

Hansı satış metodları mövcuddur?

İki cür satış metodundan birini seçə bilərsiniz. Bank kartı ilə və ya bank hesabı ilə

 

Satdığım məhsulun daha çox istifadəçilərə görünməsi üçün nə edə bilərəm?

Bunun üçün siz məhsulunuzu irəli çəkə bilər və ya reklam bölməsinə yerləşdirə bilərsiniz. Məhsulu irəli çəkdikdə həmin məhsul öz bölməsi üzrə daim ilk sıralarda görünür, reklam bölməsinə yerləşdirdikdə isə ana səhifədə reklamlar bölməsində görünür. Bu xidmət ödənişlidir və seçdiyiniz gün sayından asılı olaraq dəyişir. Ödəniş bank kartı vasitəsilə qəbul edilir. 

 

Saytda yerləşdirilən istədiyim məhsulu necə əldə edə bilərəm?

Əgər məhsul onlayn satışda deyilsə, həmin satıcının nömrəsini məhsul səhifəsindən götürərək və ya elə birbaşa saytdan yazaraq sifariş edə bilərsiniz. Məhsul onlayn satışdadırsa bu halda kart məlumatlarınızı daxil edərək, onlayn ödəniş edib, məhsulu əldə edə bilərsiniz. Əlavə olaraq çatdırılma müddəti və çatdırılma qiymətini də öncədən görürsünüz.